Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Brüssel görüşü təxirə salına bilərmi? -"Nə qədər ki, dəhliz, sərhədlər məsələsi həll olunmayıb..."

Ermənistanın Soçi bəyanatını yerinə yetirməkdən yayınması dövlət sərhədində növbəti hərbi toqquşmalara rəvac verib. Xatırladaq ki, bir gün əvvəl Kəlbəcər istiqamətində Azərbaycan hərbi qulluqçusu düşmənin açdığı atəşlə şəhid edilmişdi. 

Yenixeber.org: Dünən yenə həmin istiqamətdə növbəti təxribatlar baş verib. Azərbaycan Ordusunun cavab zərbələri ilə düşmənin bir əsgəri öldürülüb, 8 hərbçisi isə ağır yaralanıb.

Əvvəldən də gözlənilirdi ki, 10 noyabr razılaşmasının icrasına müqavimət göstərən Nikol Paşinyan hökuməti növbəti təxribatlara əl atacaq. 

Bəs sərhəddəki gərignlik 5 gün sonra Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində keçiriləcək İlham Əliyev - Nikol Paşinyan görüşünü əngəlləyə bilərmi?

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında nə qədər ki, dəhliz, sərhədlər və sülh sazişi məsələləri həll olunmayıb, gərginlik davam edəcək.

Bununla belə politoloq hesab edir ki, bu gərginlik Brüssel görüşünü ənəglləməyəcək: "Çünki tərəflərdən biri görüşə getməsə, Avropa Birliyi ilə tərəəfdaşlıqda problem yaşaya bilər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam