Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Türkiyənin vitse-prezidenti:“Ermənistanla münasibətlərimiz normallaşır"

Türkiyənin vitse-prezidenti: “Ermənistanla münasibətlərimiz normallaşır

“Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir”.

Yenixeber.org:  Bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

“Dünənədək Qarabağda Ermənistanla qarşı-qarşıya idik. İndi isə əlaqələr normallaşır. Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci görüşün isə fevralın 24-də Vyanada keçiriləcəyi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam