Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

ERMƏNİSTANIN YENİ PREZİDENTİ KİMDİR? -İqtisadçı, QHT fəalı, Ter-Petrosyanın "adamı”....

Məlum olduğu kimi, nəhayət bu gün hakim “Mülki müqavilə” Partiyasının namizədi Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.

Yenixeber.org: Yeni dövlət başçısını parlamentdə keçirilən səsvermənin ikinci turunda seçmək mümkün olub. 71 deputat onun lehinə səs verib.

Bəs, Ermənistanın yeni prezidenti kimdir, necə deyərlər, “hansı yuvanın quşudur?” 

Əvvəlcə onu qeyd edək ki, bir müddət əvvəl verdiyi müsahibədə Xaçatryan hakim partiyanın nədən namizəd kimi məhz onun üzərində durduğunu hələ də anlamadığını bildirib. Bununla yanaşı, qeyd edib ki, özünü prezident səlahiyyətlərini yerinə yetirməyə hazır hesab edir.

Yeni prezidentin biqorafiyasında deyilir ki, o, 1959-cu ildə Sisian rayonunda anadan olub. 1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1992-ci ilə qədər iqtisadçı kimi müxtəlif müəssisələrdə yüksək vəzifələr tutub. Həmin vaxt ölkəyə rəhbərlik edən Levon Ter-Petrosyanın komandasına qoşulan Xaçatryan İrəvan şəhərinin meri təyin olunub və 1996-cı ilə kimi bu vəzifəni tutub.

1996-1998-ci illərdə Ter-Petrosyanın köməkçisi kimi çalışan Xaçatryan, həm də 1996-1999-cu illərdə parlamentin üzvü olub. Lakin son illərdə Paşinyanın komandasında yer alıb və Ter-Petrosyanın baxışlarıyla razılaşmadığını bildirib.

2000-ci illərdə müxtəlif Qeyri Hökumət Təşkilatlarına rəhbərlik edən hazırkı prezident siyasi proseslərdə aktiv iştirak edib. Nikol Paşinyan hakimiyyətə gələndən sonra “Armekonombank”-ın idarə heyətində yer alıb və 2021-ci ildə yeni hökumətdə Yüksək Texnologiyalar Sənayesi naziri vəzifəsinə təyin olunub. İki övladı var.

Xaçatryan öz sələfilə müqayisədə daha loyal və Nikol Paşinyanın maraqlarına uyğun fiqur hesab edilir. Onun açıqlamalarından həm də belə aydın olur ki, yeni prezident Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam