Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Şolz-Putin və Zelenski-Ərdoğan danışığı:Ukrayna müharibəsi masada da davam edir

Makrondan sonra Almaniya kansleri Şolz da Putinlə danışıb, lakin cavab eynidir: Rusiya tələblərindən geri çəkilmir;

Yenixeber.org: Müharibənin başlanmasından sonra Rusiyaya qarşı cəbhədə aktiv yer alan Fransa və Almaniyanın Moskva ilə yenidən təmaslara keçməsində hücumun qarşısını almaqla yanaşı, öz maraqları da var:

- Vaşinqtonun cəbhəsində yer alsalar da, bundan məmnun deyil və Moskvanı yola gətirmək, güc mərkəzi olmaq mövqeyini qorumağa çalşırlar;

- Rusiya ilə əlaqələri, xüsusilə enerji sektorunda əməkdaşlığın tamamilə sıradan çıxmasında maraqlı deyillər;

- İstisna deyil ki, buna nail olmaq üçün Ukraynanın Rusiya qarşısında güzəşt etməsini də istəyirlər;

Və görünən budur ki, Rusiyanın hücumu Avropada ABŞ-ın istədiyi birliyi təmin etsə də, yenidən “Qərb cəbhəsində təbəddülat var”.

Zelenskinin mətbuat konfransında Qərblə bağlı iradları bu kontekstdə təsadüfi deyil. O da təsadüfi deyil ki, Türkiyənin rolunu xüsusi vurğulayan Ukrayna prezidenti Ərdoğanla telefonla danışıb.

Mümkündür ki, Qərb cəbhəsində Ukraynanın Rusiya qarşısında geri çəkilməsi, yaxud daha çox güzəşt etməsi mövqelərinin olduğunu anlayan Zelenski Türkiyə variantını yenidən aktuallaşdırmaq niyyətindədir. Cənubi Qafqazda Qarabağ münaqişəsinin Ankara-Moskva ikilisinin iştirakı ilə böyük ölçüdə həllindən sonra Zelenski Əliyevin taktikasından istifadə etmək, Rusiya ilə məsələni Türkiyə üzərindən həll etmək istiqamətində də işləyirdi və bununla bağlı müəyyən təmaslar da mövcud idi. Lakin baş tutmadı, xüsusilə Almaniya və Fransanın “Normand formatı” üzərindən münaqişədə monopolitiv mövqeyi, eləcə də Ukraynada daha böyük oyunun oynanması buna imkan vermədi.

İndi rəsmi Kiyevin Rusiya işğalını dayandırmaq məqsədilə Türkiyə üzərindən alternativ kanalın işə salınması niyyətində olduğu istisna deyil. Və ən azı bu masadan indiki vəziyyətdə daha qazanclı çıxa biləcəyinə ümid edir. Zelenski-Ərdoğan telefon görüşündən öncə Conson-Ərdoğan görüşü də bu kontekstdə xüsusi diqqət çəkən məqamdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam