Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“MOSKVA PEKİNDƏN KÖMƏK İSTƏYİB” - “Putin Çini də aldadıb...”

“ABŞ rəsmiləri bəyan edirlər ki, Rusiya Ukrayna ilə müharibədə Çindən iqtisadi və hərbi yardım istəyib”. 

Yenixeber.org: Bu məlumatla çıxış edən “The New York Times”-ın iddiasına görə, rəsmi Moskva həm də Çindən sanksiyalara qarşı mübarizədə ona dəstək göstərməsini xahiş edib.

Qəzet bildirir ki, ABŞ rəsmiləri Çinin Rusiyanın xahişinə reaksiyasını və Moskvanın istəklərinin detallarını açıqlamaqdan imtina ediblər. Lakin bir şey dəqiqdir ki, ABŞ tərəfi Çinin bu məsələ ilə bağlı davranışlarını diqqətlə izləməkdədir.

ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bu gün Romada Çin Kommunust Partiyasının Siyasi Bürosunun üzvü və xarici işlər üzrə komissiyasının başçısı Yan Tszeçi ilə görüşü keçiriləcək. ABŞ mətbuatı bildirir ki, Vaşinqton bu günlərdə Rusiyaya yardım etməməsi və sanksiyalara riayət etməsi üçün Çinə təzyiq göstərmək fikrindədir.

C.Sallivan isə görüşdən öncə deyib ki, Çin Rusiyanın Ukraynada nəsə planlaşdırdığını hələ təcavüzdən öncə bilirdi. Lakin Pekin təcavüzün miqyası barədə geniş təsəvvürə malik olmayıb: “Böyük ehtimalla Putin avropalılara və digərlərinə yalan söylədiyi kimi, çinliləri da aldadıb”.

Ukrayna Prezident Ofisinin başçısı Mixail Podolyak isə Rusiyanın Çinə müraciətini biabırçılıq adlandırıb. Qeyd edib ki, bununla da Rusiya növbəti dəfə öz reputasiyasını heçə endirib.(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam