Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Pekin Moskvanın planlarını bilsəydi..." - "Bu müharibə Çinə sərf etmir”

“Pekin Moskvanın planlarını bilsəydi…” – Çin səfirindən ŞOK SÖZLƏR

“Çin Moskvanın planlarını bilsəydi, Rusiyanın Ukraynaya hücumunun qarşısını almağa çalışardı. Bu müharibə Çinə sərf etmir”.

Yenixeber.org: Bunu Çinin ABŞ-dakı səfiri Tsin Qan “Washington Post” üçün məqaləsində yazıb.

“İcazə verin, qeyd edim: Çinin bu müharibəni bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi iddiaları sırf dezinformasiyadır. Bütün bu iddialar yalnız günahı Çinin üzərinə atmaq və ləkə yaxmaq məqsədi daşıyır. Bizim əsas məqsədimiz müharibəni bitirmək və regional, qlobal sabitliyi qorumaqdır. Ukrayna ilə bağlı Çinin mövqeyi obyektiv və qərəzsizdir: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə tam riayət etmək, həmçinin bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır”, – səfir yazıb.

O qeyd edib ki, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır. Səfir həmçinin əlavə edib ki, işğal zamanı Ukraynada 6000-dən çox Çin vətəndaşı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam