Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“ABŞ VƏ FRANSA MİNSK QRUPUNDAN İMTİNA EDİBLƏR” –Lavrovdan sensasiyalı açıqlama

"ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina ediblər.

Yenixeber.org: Belə sensassiyalı bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə çıxış edib.

Onun sözlərinə görə, belə “rusofob yanaşma” Rusiya ilə bağlı bütün məsələlərdə tətbiq edilir: “Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”.

Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də yerlərdəki bütün digər münaqişələrdə rusofob siyasətin girovuna çevrilərək öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni kəsməyə məcbur edir.

“Biz Qarabağda vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyil. Və əgər Fransa və ABŞ qərar veribsə, Allah özü onların hakimi olacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.

O vurğulayıb ki, Rusiya bu yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək.

Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasının tərəfdarı olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam