Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"BU HALDA ÜÇTƏRƏFLİ BƏYANATLAR SUAL ALTINA DÜŞƏCƏK" -"Azərbaycan da öhdəliklərindən azad olacaq"

"Paşinyan bildirib ki, dəhlizlərin açılması və sərhədlərin dəqiləşdirilməsi ilə bağlı yekun razılıq əldə olunub. Aprelin sonuna qədər gözlmək zorundayıq".

Yenixeber.org: Bunu politoloq Fərhad Məmmədov Moskvada keçirilən Putin-Paşinyan görüşünün yekunlarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, Avropa İttifaqının təşəbbüsü Rusiyanın vasitəçilikdə növbəti fəallığına səbəb olub.

"Gözlənildiyi kimi, Rusiya məsələlərin onun iştirakı ilə yaradılan formatlar çərçivəsində həllini təmin etməyə çalışacaq. Üçtərəfli görüşlərdə əsas məsələ kommunikasiyaların açılmasıdır. Sərhəd prosesində isə Rusiyanın məsləhətçi rolu qeyd olunub",-F.Məmmədov vurğulayıb.

 

 

Ekspert əlavə edib ki, Paşinyan bu dəfə də razılaşmadan boyun qaçırsa, o zaman bütün üçtərəfli bəyanatlar sual altına düşəcək: "Prezident İlham Əliyev hökumətin son iclasında qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman Azərbaycan da öhdəliklərindən azad olacaq".

Xatırladaq ki, Prezident həmin çıxışında bildirmişdi ki, əgər Ermənistan Zəngəzurdan Naxçıvana keçidi təmin etməsə, o zaman özünə zərbə vuracaq.:  "Çünki ilk növbədə bu öhdəliyi yerinə yetirməməklə 10 noyabr Bəyannaməsini pozur.Sənəddə açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.

Əgər o, bunu yerinə yetirmək istəmirsə, o zaman biz də müəyyən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Bunu bilməli və vaxtı gecikdirməməlidirlər. Onsuz da istədiyimizi alacağıq. Tələssələr daha yaxşı olar. Əks halda onlar çıxılmaz vəziyyətdə qalacaqlar”."Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam