Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

KREML ƏHALİNİ NÜVƏ MÜHARİBƏSİNƏ HAZIRLAYIR –“Putin məğlubiyyəti etiraf etməkdənsə...”

“Ya Ukraynada qalib gələcəyik, ya da üçüncü Dünya Müharibəsi başlayacaq. Putin məğlubiyyəti etiraf etməkdənsə, nüvə müharibəsi başlatmağa üstünlük verəcək”.

Yenixeber.org: Bunu Rusiyanın “Russia Today” kanalının baş redaktoru, erməni əsilli jurnalsit Marqarita Simonyan “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla Bazar axşamı” verilişində deyib: “Ölkəmizi və liderimizi tanıyırıqsa, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı olduqca yüksəkdir. Açığı bu məni qorxudur. Amma bu belədir. Onsuzda hamımız bir gün öləcəyik.Bununla belə, Qərb öləcək, amma biz cənnətə gedəcəyik”.

Qeyd edək ki, Maraqarita Simonyan daha sonra özünün şəxsi “Telegram” hesabından verdiyi açıqlamada, İngiltərənin Ukraynanın Rusiya torpaqlarına hücumlarına verdiyi dəstəyi tənqid edib: “Bizə hansı seçimi buraxırsınız, axmaqlar? Ukraynada sağ qalanların da tamamilə yox olmasını? Yoxsa, nüvə müharibəsini?”.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ötən gün nüvə müharibəsi ehtimalının real təhlükə olduğunu bildirmişdi.“Azpolitika”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam