Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

İrəvanın "Ölməz alay" yürüşündə "Z" şousu -VİDEO

İrəvanın "Ölməz alay" yürüşündə "Z" şousu -    VİDEO   
Bu gün İkinci Dünya Müharibəsində əldə olunmuş qələbənin 77-ci ildönümü münasibətilə Ermənistanda aksiya keçirilib. 
Yenixeber.org: Paytaxt İrəvanın mərkəzində “Ölməz alay” yürüşü təşkil edilib.
Yerli media yazır ki, aksiya “Ölməz Alay” beynəlxalq hərəkatının rəsmi tərəfdaşı olan “Birgə” İctimai Hərəkat tərəfindən təşkil olunub.
- Hərəkat ümumi tarixi yaddaşın qorunmasını və Rusiya və Ermənistan xalqları arasında ənənəvi dostluq müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin tərəfdarıdır. Hərəkatın fəalları və onlara qoşulan vətəndaşlar İrəvandakı Qələbə parkında yerləşən “Əbədi məşəl”ə 100 metrlik iki bayraq – Ermənistan və Rusiya bayrağı, habelə eyni uzunluqda “Müqəddəs Georgi” lentini qaldırıblar. Onlar "Əbədi məşəl"də Müqəddəs Georgi lentindən və digər bayraqlardan hazırda Rusiyanın apardığı müharibənin əsas rəmzi olan "Z" hərfini yaradıblar. Bu, faşizmə qarşı Vətən Müharibəsinin hazırda davam etməsinin simvoludur. Bu, həm də Ermənistanın İkinci Dünya Müharibəsi illərində olduğu kimi, dost rus xalqının yanında dayandığını və bu gün də özünün strateji tərəfdaşı və təhlükəsizliyinin təminatçısı ilə bir yerdə olmasını simvolizə edir, - hərəkatın nümayəndələrindən biri mediyaya açıqlamasında deyib.
Bəzi saytlar isə yazıb ki, bu cür ənənəvi yürüşlərdə Rusiyaya dəstək nümayiş etdirmək üçün "Z" simvolunun kulminasiya nöqtəsinə qaldırılması məcburi deyildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam