Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Bayden:“Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATOlaşdırdı”

 

Növbəti onillik dünya nizamının necə olacağını müəyyənləşdirməkdə həlledici rol oynayacaq.

Yenixeber.org: Bu fikri ABŞ prezidenti Co Bayden Annapolisdəki (Merilend) ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısındakı çıxışı zamanı deyib.

O, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından və Rusiya-Ukrayna müharibəsindən də danışıb.

“Putin təkcə Ukraynanı ələ keçirmək istəmir, o, həqiqətən də Ukrayna xalqının mədəniyyətini və kimliyini məhv etmək istəyir. Onun məktəbləri, qocalar evlərini, xəstəxanaları, muzeyləri hədəf almasının başqa heç bir səbəbi yoxdur... Putin Avropa ölkələrini Finlandiyalaşdıraraq neytrallaşdırmaq istəyirdi. Amma əvəzində hamısını NATOlaşdırdı”, - deyə dövlət başçısı qeyd edib.

Baydenin çıxışında Rusiyaya qarşı sanksiyalarda ABŞ-a dəstək verən Asiya ölkələrini sayarkən “Cənubi Koreya” əvəzinə “Şimali Koreya” deməsi də diqqətdən yayınmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam