Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Zəngəzur dəhlizi” üçün yeni Türkiyə-Azərbaycan ssenarisi hazırlanıb -Erməni ərəbşünas

 

“Zəngəzur dəhlizi” adlanan layihəyə nail olmaq üçün yeni Türkiyə-Azərbaycan ssenarisi hazırlanıb.

Yenixeber.org: Bu barədə erməni ərəbşünas Armen Petrosyan Facebook səhifəsində yazıb.

Erməni ekspert Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin bir gün əvvəl Bakıda keçirilmiş ilk görüşünü xatırladıb. Görüşün sonunda üç ölkənin xarici işlər nazirləri “Bakı Bəyannaməsi” adlanan sənədi imzalayıblar. “Əslində, yeni yaranan format çoxvektorlu dəyərə malikdir. Birincisi, qəbul edilmiş bəyannamə Azərbaycanın, xüsusən də bir növ müxtəlif regional xaba (regional mərkəz-red.) çevrilmək istəyən Türkiyənin məlum məqsədlərini bir daha təsbit edir. Digər tərəfdən, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin potensialını artırmaq üçün Türkiyə-Azərbaycan tərəfi bu və digər oxşar formatlardan ən mühüm strateji məsələlərin həlli üçün istifadə etməyə çalışır. Ermənistan ərazisindən keçən avtomobil yolunun və ya sadəcə olaraq “Zəngəzur dəhlizi” adlı layihənin həyata keçirilməsi bu plana xidmət edir”,-deyə Armen Petrosyan bildirib.

“Bütün yuxarıda deyilənlərin kontekstindən aydın olur ki, Bakı Ankara ilə sıx əməkdaşlıq edərək ona əsas geosiyasi oyunçuların- Rusiya, İran və bəzi Qərb dövlətlərinin mövqelərinə təsir göstərməyə imkan verəcək yeni əməkdaşlıq və manevr vasitələri yaradır”,-deyə erməni ərəbşünas qeyd edib.

Armen Petrosyan həmçinin Azərbaycanın yeni strategiyaya uyğun olaraq öz məqsədlərinə hərbi yolla nail olmağa çalışacağını da istisna etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam