Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya “Bayraktar” istehsal etmək istəyir –Ərdoğan

Rusiya “Bayraktar” istehsal etmək istəyir –    Ərdoğan  
İki ölkə - Rusiya və Birləşmiş Ərəb Əmirlikləri “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək istəyirlər. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Turk” kanalına açıqlamasında məlumat verib.
Yenixeber.org: Ərdoğanın sözlərinə görə, Rusiya prezidenti bu arzusunu Tehrandakı görüşləri zamanı ifadə edib. “Putin mənə dedi ki, “Baykar” şirkətilə işləmək istəyir” ,- o bildirib.

Qeyd edək ki, Tehranda Türkiyə, Rusiya və İran liderlərinin “Astana formatı”nda görüşü keçirlmişdi. Onlar qəbul etdikləri birgə bəyanatda Suriyada vəziyyətin normallaşması üçün tərəfdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişdilər.

Ərdoğanın avqustun 5-də Soçidə Vladimir Putinlə daha bir görüşü gözlənilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam