Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda baş verən son hadisələri müzakirə edəcək.

Yenixeber.org: Türkiyə lideri bu gün Putinlə görüş üçün Soçiyə yola düşəcək.

Liderlərin görüşündə digər aktual mövzularla yanaşı, son günlər Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Artıq bununla bağlı razılıq əldə olunub. Eyni zamanda liderlər arasında enerji və taxıl ixracı da müzakirə olunacaq. 

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusu buna cavab olaraq “Qisas” əməliyyatı keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam