Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ermənistan tərəfi narahat olmağa başlayır” - Mövlud Çavuşoğlu(VİDEO)

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.

Türkiyənin XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazda sabitlik yalnız Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra mümkün ola bilər.

“Azərbaycan artıq bu istiqamətdə təkliflə çıxış edib. Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı”.

Mövlud Çavuşoğlu Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini xatırladıb:

“Bilirsiniz, Zəngəzur dəhlizi məsələsi var. Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi? Üstəlik, anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma iki il keçib və hələ də orada erməni əsgərlər var”.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam