Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Rusiya Ermənistandan üz döndərməyib" -İrəvandakı rus səfirindən açıqlamalar

Yenixeber.org: Bunu oktyabrın 5-də jurnalistlərə müsahibəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.

Onun sözlərinə görə, regionun dinc, münaqişəsiz, regional və beynəlxalq iqtisadi proseslərə töhfə verəcək durumda olması Rusiya üçün çox vacibdir.

"Bu, Rusiya üçün çox, çox vacibdir, həyati əhəmiyyət kəsb edir", - səfir vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetindəki məqaləyə gəlincə, səfir xatırladıb ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müəyyən şərh verib.

"Mən buna nə əlavə edə bilərəm?" - deyə, Kopirkin ritorik şəkildə soruşub.

Xatırladaq ki, Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetində anonim mənbəyə istinadən məqalə dərc olunub və həmin məqalədə “Lavrov planı”ndan, Rusiyanın Ermənistanın cənub rayonlarının Azərbaycanın nəzarətinə keçməsində maraqlı olduğu bildirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrin yazdığını cəfəngiyyat adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam