Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Üçüncü dünya müharibəsi təhlükəsi realdır" -Polşanın keçmiş prezidenti

"Üçüncü dünya müharibəsi təhlükəsi realdır" -  Polşanın keçmiş prezidenti   
“Bəşəriyyət üçüncü dünya müharibəsinin astanasındadır”. Bu fikri Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski “Polsat” nəşrinə verdiyi müsahibədə səsləndirib.
Yenixeber.org: Aleksandr Kvasnevski Üçüncü dünya müharibəsindən danışmaq faktının özünün insanı dəhşətə gətirdiyini deyib.
“Lakin bu bizim üçün real təhlükədir. Dünya çox sürüşkən bir vəziyyətdədir və əhəmiyyətsiz görünən istənilən bir münaqişə qlobal müharibəyə çevrilə bilər. Dünyada radikal dəyişikliklər Ukraynadakı münaqişə ilə bağlı gündəmə gəlib. Bu hadisələr yeni, indiyədək naməlum olan dövrə gətirib çıxarıb”, - Polşanın eks-prezidneti vurğulayıb.
Bir neçə gün əvvəl fransalı siyasətçi, “Vətənpərvərlər” assosiasiyasının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə görüşmək üçün Vaşinqtona səfərinin 3-cü dünya müharibəsinin “müjdəçisi” ola biləcəyini qeyd etmişdi. Onun fikrincə, şöhrət qazanmaq və Avropa ölkələrinin məhv etmək üçün bu siyasətçilərin hər ikisinə dünya miqyaslı münaqişə lazımdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam