Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“KREML TACI” UĞRUNDA MÜBARİZƏ BAŞLAYIB...” -"Onlar Putini devirmək və..."

Yenixeber.org: “Putini əhatə edən qruplaşmalar arasında siyasi mübarizə artıq başlayıb. Onlar Putini devirmək və onun “Kreml tacı”nı ələ keçirmək uğrunda bir-biriləriylə yarışırlar”.

Bunu qondarma “dnr”-in keçmiş müdafiə naziri, rusiyalı hərbi ekspert İqor Strelkov bildirib.

Onun sözlərinə görə, Kremlin zirvəsində gedən döyüşdə əsas mübarizə “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin və müdafiə naziri Sergey Şoyqu arasında gedir: “Yevgeni Priqojinin qruplaşması Sergey Şoyqunun daxil olduğu qruplaşmaya qarşıdır. Onlar artıq mübarizəyə başlayıblar. Bu mübarizə o qədər qızışıb ki, artıq biz də hiss edə bilirik”.

Strelkov Priqojinin “siyasi aktyor” olmaq istədiyini, bunun üçün ictimaiyyət arasında öz nüfuzunu artırmağa çalışdığını bildirib: “Onun müdafiə naziri, hətta prezident olmaq istədiyinə dair məlumatlar var. Priqojinin mətbuatdakı son çıxışları ondan xəbər verir ki, indi o, özünü təkcə müharibə komandiri kimi deyil, həm də ictimai və siyasi xadim kimi qiymətləndirir”.

“Priqojin və Şoyqu arasında gedən bu mübarizə Rusiyanı böyük bir hərbi fəlakətə sürükləyəcək. Yüksək səviyyəli komandirlər həlak olacaq və ardınca kütləvi səfərbərliklər başlayacaq. Biz ikinci, hətta üçüncü səfərbərliyə belə şahid ola bilərik. Ukraynada qələbə qazanmaq üçün Rusiyanın ən azı yarım milyona yaxın hərbçiyə ehtiyacı var”, - Strelkov bildirib. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam