Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putini necə mühakimə etməli? -Almaniya XİN başçısı sxem təklif edir

Yenixeber.org: Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin və ölkənin digər rəhbərləri Ukraynaya qarşı təcavüzkar müharibə başlatdıqlarına görə beynəlxalq tribunal qarşısına çıxarılmalıdırlar.

Bu barədə Almaniyanın Xarici İşlər naziri Annalena Berbok Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) səfərinin gedişində bəyan edib. Xəbəri «Politico» nəşri yayıb («UNİAN»).

Alman diplomatiyasının başçısı qeyd edib ki, Rusiya rəhbərliyini Beynəlxaq Cinayət Məhkəməsi (BCM) çərçivəsində məsuliyyətə cəlb etmək mümkün deyil, nədən ki, Rusiya bu məhkəmənin yurisdiksiyasını tanımır, BMT Təhlükəsizlik Şurası isə BCM-ə belə səlahiyyətlər vermir, çünki Rusiya özü bu qətnaməni veto hüququ ilə bloklayır.

Bu maneəni adlamaq üçün Berbok həmkar ölkələrə təklif edir ki, birgə səylərlə «xüsusi tribunal» yaratsınlar, o da Rusiyanın Ukraynaya təcavüzünün özünə baxsın və Rusiya rəhbərliyini mühakimə edə bilsin.

Bu məqamda bir atalar məsəli yada düşür: «Bir dəli quyuya bir daş atdı, yüz ağıllı yığışdı, çıxarda bilmədi». İndi dünya Rusiyaya BMT Təhlükəsizlik Şurasında veto hüququ verməklə, necə bir «cinayətə» yol açdığının fərqindədir, fəqət sonrakı peşmançılıq fayda vermir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam