Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ARUTYUNYAN BAKININ İLKİN ŞƏRTLƏRİNİ AÇIQLAYIB -"Çətin günlər qarşıdadır”

Yenixeber.org: Bu barədə Ermənistanın “Hraparak.am”saytı məlumat yayıb. Qeyd olunub ki, Arutyunyan məsələ ilə bağlı Xankəndidə separatçı ətrafı ilə qapalı görüşündə Azərbaycanın Laçın yolunun açılması ilə bağlı bir neçə tələb irəli sürdüyünü deyib. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması olub:

“Digərləri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılması, Laçın yolunun Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılması və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsinin olmasıdır”.

Araikin sözlərinə görə, Azərbaycanın növbəti tələbi isə separatçılara məxsus ağır hərbi texnikanın geri çəkilməsidir. O, bildirib ki, Azərbaycan separatçılarla heç bir danışıq aparmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Nəşrin yazdığına görə, güman edilir ki, vasitəçilər Ermənistan səlahiyyətliləridir.

Arutyunyan çıxışı zamanı tələblərin qəbul edilmədiyini də vurğulayıb.

“Çünki onlar yerinə yetirildikdən sonra yolunun açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”, - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam