Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Lavrov:“Azərbaycanın razılığı olmadan Aİ missiyasının yerləşdirilməsi səmərəli olmayacaq”

 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq”.

Yenixeber.org: Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın Ermənistanla mürəkkəb münasibətləri var: "Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız bu sənəddə Azərbaycanın sərt şəkildə qınanılmasına israr etməyə başladılar".

S.Lavrov vurğulayıb ki, rəsmi Moskvanın hələ də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə KTMT missiyasını göndərmək istəyi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam