Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ institutu:“Ukrayna ordusu əks-hücum əməliyyatlarını müvəqqəti dayandıra bilər”

“Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını müvəqqəti olaraq dayandıra bilər”.

Yenixeber.org:  Amerikalı analitiklərin fikrincə, məqsəd Ukrayna ordusunun gələcək əməliyyatları üçün taktikaları yenidən nəzərdən keçirməkdir: “Ukrayna hələ də mövcud qüvvələrinin əksəriyyətini əks-hücum əməliyyatlarına cəlb etməyib. Ümumiyyətlə, Ukrayna hələ bütün imkanları ilə əks-hücuma başlamayıb. Ehtimal edilən fasilə Ukraynanın əks-hücumunun başa çatması demək deyil. Çünki əməliyyat fasilələri böyük hücum əməliyyatlarının xarakterik xüsusiyyətidir”.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna qüvvələri iyunun 18-də cəbhənin ən azı 4 istiqamətində əks-hücum əməliyyatlarını davam etdirib və bəzi əraziləri azad edib: “Geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Kreminna şəhərindən 30 kilometr cənubda məhdud irəliləyiş əldə etdiyini göstərir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələri daha əvvəl əks-hücum əməliyyatının başlandığını elan etmişdi. Rusiya Prezidenti Vladimir Putin bunu etiraf edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam