Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tehran İtaliyaya etirazını bildirib

İranın Xarici İşlər nazirliyi Xalq Mücahidləri təşkilatının rəhbəri Məryəm Rəcəvinin İtaliya parlamentinin Xarici Əlaqələr komitəsinin üzvləri ilə görüşünə etiraz olaraq, İtaliyanın Tehrandakı səfirini çağırıb.
Yenixeber.org: Çərşənbə günü İtaliyaya səfərə gedən Məryəm Rəcəvi bu ölkənin parlamentinin Xarici Əlaqələr komitəsinin iclasında iştirak edib.
İranın Xarici İşlər nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Məcid Nili Əhmədabadi bununla bağlı İtaliyanın Tehrandakı səfiri Jüzeppe Perroniyə ölkəsinin etirazını çatdırıb.
“İtaliyanın bir neçə nümayəndəsinin Məryəm Rəcəvini qəbul etməsi terrorizmin təbliği və təşviqinin bariz nümunəsidir. İran İtaliya hökumətindən bu ölkənin terrorçuların sığınacağına çevrilməsinin qarşısını almaq üçün əməldə ciddi iradə nümayiş etdirməsini istəyir” , - Əhmədabadi deyib.
Qeyd edək ki, Məryəm Rəcəvi “Twitter” səhifəsində İtaliya parlamentinin Xarici Əlaqələr komitəsinin üzvləri ilə görüşərək “İranın şərtləri və İran üzərində hökmranlıq edən terrorçu diktatura diplomatiyasının məqsədləri” ilə bağlı müzakirələr apardığını yazıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam