Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Erməni həyasızlığı:İrəvan terrorçuların anım gününü keçirir

 Erməni cəmiyyətində terrorçuların uydurma qəhrəman kimi təqdim olunması prosesi davam edir.
Bu gün saat 19:00-da Ermənistanın Gənclər Teatrında 1983 - cü ildə baş vermiş Lissabon terroruna həsr olunmuş geniş tədbir keçiriləcək.
"Jam" saytı yazır ki, tədbir geniş formatda təşkil olunacaq: "40 il əvvəl, 1983-cü il iyulun 27-də 5 erməni terrorçusu Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq, bu ölkənin müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və onun 17 yaşlı oğlu Atasayı girov götürmüşdülər. Onlar diplomatın xanımını və bir yerli polisi qətlə yetirərək, özləri ilə bərabər binanı partlatdılar".
Nəşr "Lissabon 5" adlanan terrorçuların anım tədbirində tematik çıxışların, aksiyaya həsr olunmuş qısametrajlı filmin nümayişinin planlaşdırıldığını yazıb.
"Tədbirdə aktyor Arman Navasardyan, musiqiçi Andranik Sarkavaq Manukyan, müğənnilər Samvel Yeranyanla Nersik İspiryan iştirak edəcək", - müəllif yazıb.
Erməni xalqının Njdedən tutmuş Monte Melkonyana qədər olan terrorçu və faşistləri uydurma qəhrəman kimi təqdim etməsi haradasa başa düşüləndir. Çünki bu toplumun nümunəvi qəhrəmanlıq tarixi, şəxsiyyətləri yoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam