Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Netanyahu:"İranın nüvə infrastrukturunu geri çəkməyən razılaşmanın mənası olmayacaq"

 
Son vaxtlar müəyyən sövdələmələr çərçivəsində İranın nüvə problemi ilə bağlı Tehranla Vaşinqton arasında danışıqların aparıldığı barədə xəbərlər Təl-Əvivi ciddi şəkildə narahat edir. İsrail bu məsələdə onu qane edə biləcək razılaşmanın əsas şərti barədə öz mövqeyini dəfələrlə açıqlayıb.
Yenixeber.org: İsrailin baş naziri Benyamin Netanyahu Amerika mediasına müsahibəsində Vaşinqtonla Tehran arasında İranın nüvə infrastrukturunu geri çəkməyən istənilən razılaşmanın dəyərsiz olduğunu bildirib.

“Mənim İranla hər hansı sövdələşmə və razılaşma ilə bağlı mövqeyim, istər əvvəlki JCPOA (İranın nüvə problemi ilə bağlı 5+1 formatı), istərsə də digər kiçik sazişlər barəsində budur ki, İranın nüvə infrastrukturunu geri çəkməyən hər hansı razılaşma mahiyyətcə dəyərsizdir və heç bir mənası yoxdur. Əsasən, iranlılar siz onlara müqavilədə nə versəniz, alacaqlar, lakin onlar nüvə proqramından və nüvə silahı və ya nüvə silahı komponentləri istehsal etmək imkanlarından geri çəkilməyəcəklər. Belə bir razılaşmanın mümkün olub-olmadığını deyə bilmərəm. Lakin bu, davam etsə də, etməsə də, mənim fikrim eynidir”, - Netanyahu deyib.

Netanyahu onu da vurğulayıb ki, Tehranla Vaşinqton arasında hansısa kiçik və yaxud maksimum razılşamanın və ya anlaşmanın imzalanıb-imzalanamyacağına baxmayaraq, İranın nüvə silahı ilə İsrailin məhvi təhlükəsindən müdafiə üçün Təl-Əvivn lazım olanı edəcəyini deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam