Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan hərbçisi şəhid oldu

 

 

 

 

      Eşqin Firəddin oğlu Quliyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən dünyasını dəyişib

 

    "xeberinfo.com": Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
    Erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Eşqin Firəddin oğlu Quliyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Eşqin Firəddin oğlu Quliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam