Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nikola şok sual:Hamıya zəng etdiniz, Putinə yox. Niyə?

Bu gün İctimai Televiziyanın canlı efirində olan Ermənistan Baş naziri Nikol Paşinyana jurnalist Petros Qazaryanın sualı rezonans doğurub.

Yenixeber.org: Qazaryan Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə görə Paşinyanın bir neçə ölkənin liderinə zənginə toxunub.

“Siz Gürcüstana, İrana, Almaniyaya, ABŞ-a zəng etdiniz, bir çox ölkənin liderləri ilə danışdınız, amma ilk zəngin Putinə olması məntiqli olardı, çünki bizim strateji müttəfiqimiz Rusiyadır”, - jurnalist bildirib.

Paşinyan isə həmin zənglərin məqsəd və mənasının “müəyyən nüanslardan xəbərsiz və ya məlumatsız olan partnyorları məlumatlandırmaq” olduğunu iddia edib:

“Rusiya Federasiyasının prezidenti isə vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki proses ötən ilin dekabrından başlayıb. Ötən ilin dekabrından indiyədək mənim Rusiya Federasiyasının prezidenti ilə onlarla telefon danışığım olub”.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam