Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ qoşunların tәmas xәttindә baş verənlərdən narahatdır

 

 “Azərbaycan və Ermənistan qoşunlarının tәmas xәttindә baş verən hadisәlәr bizi narahat edir”.

"Xeberinfo.com":   Məlumata görə, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

Onun sözlәrinә görә, ABŞ tәrәflәri bir araya gәlәrәk problemi danışıqlar yolu ilә hәll etmәyә çağırır: "Bu günlәrdә cәnab Uorlik hәr iki ölkәnin xarici işlәr nazirlәrinin görüşünü tәşkil etdi. İlin sonunadək prezidentlәrin görüşünün tәşkil ediləcəyinә ümid edirik. Son yaşanan gәrginlik xalqların arzuladığı vә ölkә rәhbәrlәrinin münaqişәnin sülh yolu ilә hәlli barәdә bәyanatları ilә üst-üstә düşmür”.

Sәfir Ermәnistan prezidentinin Dağlıq Qarabağı Ermәnistanın bir hissәsi hesab etmәsi barәdә bәyanatına da münasibət bildirib: "Hәr iki tәrәfdәn bәyanatlar olub. Münaqişәnin dinc yolla hәll edilmәsi, irәliyә addım atılması üçün tәrәflәr bir araya gәlmәli və birgә işlәmәlidirlәr. Bunun üçün ATӘT tәrәfindәn tәsbit olunmuş müәyyәn qaydalar var. Hәmsәdrlәrin gәrginliyi azaltmaq vә münaqişәni danışıqlar yolu ilә hәll etmək çağırışlarına istinad edirәm”. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam