Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Tənzilə xanımın mənim dəstəyimə ehtiyacı yoxdur”

 

“Tənzilə xanımın mənim dəstəyimə ehtiyacı yoxdur. Onun səlahiyyətli nümayəndələri var və onlar Tənzilə xanımın namizədliyinin qanunsuz olaraq qeydə alınmaması məsələsini araşdırırlar”.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, T. Rüstəmxanlının imza vərəqələri və bütün sənədləri yerində olub: “İmza vərəqələri tamamilə doğrudur, sənədlərində hər şey yerindədir. Lakin bəzi adamlar buna mane olurlar. Seçki ilə məşğul olan bəzi adamlar təcrübə topladıqca, dünyanın bizə münasibətini gördükcə, daha ağıllı və ehtiyatlı olmaq əvəzinə sanki ağıllarını itirirlər. Hər şeyin qaydasında olduğu sənədləri necə qəbul etməmək olar?!”

S. Rüstəmxanlı qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının məsələni araşdıraraq obyektiv qərar verəcəyinə inanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam