Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kremldən İrəvanla bağlı ingiliscə cavab:vəziyyət “rusca” deyil

Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etməsi Rusiya mediasının gündəmini zəbt edib.

Yenixeber.org: Bugünkü toplantı çərçivəsində rus mediası və politoloqlarının diqqəti Ermənistanın siyasi istiqamətini əsaslı şəkildə dəyişdirməsi istiqamətinə yönəlib.

Eyni zamanda, Ermənistanın Roma Statutunu ratifikasiya etdikdən sonra Putinin İrəvana gedib-getməyəcəyi də müzakirə mövzusudur.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərin Rusiya liderinin Ermənistana gedib-getməyəcəyi ilə bağlı sualına yalnız bircə sözlə cavab verib: “Haçansa”.

Uşakovun jurnalistlərin KTMT-nin Minskdə keçirilən bugünkü sammitində Ermənistanı kiminsə təmsil edib-etməməsi ilə bağlı suala verdiyi cavab isə daha maraqla qarşılanıb. Uşakov bu sualı ingiliscə “Nobody” (heç kim) deyə cavablandırıb.

Uşakovun niyə ingiliscə cavab verməsi isə müzakirə doğurub: bu, Ermənistanda vəziyyətin artıq “rusca” deyil, “ingiliscə” olduğunamı işarədir?(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam