Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putin Rusiya-Azərbaycan strateji tərəfdaşlığından -DANIŞDI

 

Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət edib.

Yenixeber.org xəbər verir ki, Putinin sözlərinə görə, regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin mühüm tərkib hissəsi olmaqla xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarının genişləndirilməsinə böyük töhfə verir.

“Artıq yaxşı ənənəyə çevrilmiş müntəzəm görüşləriniz regionlararası əməkdaşlığın aktual məsələlərinə dair dövlət orqanlarının, ictimaiyyətin, elmi və işgüzar dairələrin nümayəndələri arasında birbaşa, maraqlı dialoqu təmin edir.

Forumun gündəliyi həmişə olduğu kimi, bu il də həcmli və mənalıdır. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müxtəlif aspektləri, kiçik və orta biznesin dəstəklənməsi, ətraf mühitin mühafizəsi üzrə birgə layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir.

Əminəm ki, sizin müzakirələr faydalı və konstruktiv olacaq, yeni perspektivli ideya və təşəbbüslərə əsas verəcəkdir”, - Putin vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam