Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

MSK sədri rusiyalı həmkarı ilə görüşüb

 

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan rusiyalı həmkarı Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xeberinfo.com:    MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, M. Pənahov əlaqələri ilbəil genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. MSK sədri eyni zamanda vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

M. Pənahov qeyd edib ki, noyabrın 1-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

V. Çurov seçkilərin müşahidəsi üçün dəvətə görə təşəkkürünü bildirib.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam