Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu şəxs Putinin varisidir? -DETALLAR AÇIQLANDI

 Putinin keçmiş mühafizəçisi və Tula vilayətinin keçmiş qubernatoru Aleksey Dyumin Rusiya Dövlət Şurasının katibi vəzifəsinə təyin edilib.
Yenixeber.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İnauqurasiyadan sonra Vladimir Putin Aleksey Dyumini özünə köməkçi təyin edib. 
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, Dyumin müdafiə sənayesi və Dövlət Şurası məsələləri ilə məşğul olacaq, həmçinin prezident administrasiyasında idmana nəzarət edəcək.
Aleksey Dyumin bundan əvvəl Prezidentin Mühafizə Xidmətində xidmət edib.
Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov qeyd edir ki, Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin olunmasından təşvişə düşüb. Bu, Dyuminin gələcək prezident postu üçün Putinin seçimi olduğunun təsdiqi kimi qiymətləndirilir.
“Uzun müddətdir ki, belə söz-söhbətlər dolaşır. Dyumin Putinin mühafizəçisindən, kəşfiyyatçılar arasından üzə çıxıb. Sonradan Tula vilayətinin qubernatoru kimi özünü uğurla sübut edib. İndi isə Dövlət Şurasının katibi kimi Dyumin federal səviyyədə Rusiyanın əsas elitasına rəhbərlik edəcək. Bu, bir çoxlarının fikrincə, Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi görməsi fikrini təsdiqləyir”, – Markov Telegram kanalında yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam