Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

MSK daha bir məntəqədə seçki nəticələrini ləğv etdi

 

Bu gün Mərkəzi Seçki Komissiyasının Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması ilə əlaqədar iclası keçirilir. 

Xeberinfo.com:   Məlumata görə, iclasda əvvəlcə quruma daxil olmuş şikayətlərə baxılıb. MSK üzvü Ramiz İbrahimov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində qeydə alınmış bir neçə namizədin MSK-ya müraciət etdiyini bildirib: 

“Onlar bir sıra məntəqələrdə seçkilərin nəticələrinin etibarsız sayılması və ləğv olunmasını istəyiblər. Qeydə alınmış beş namizəd iddia edir ki, bir neçə məntəqədə seçki qaydalarının pozulması, topa bülletenlərinin atılması, səslərin sayılması zamanı yol verilmiş səhvlər müşahidə edilib və göstərilən pozuntularla bağlı DSK-ya müraciət ediblər. Amma DSK onların şikayətini təmin etməyib. Şikayətçilər tərəfindən videogörüntü müraciətə əlavə edilib. Məntəqələrdən alınan izahatlarda şikayətçilərin dedikləri təkzib olunub. 9 saylı məntəqədə DSK səsləri təkrar hesablayıb“.

MSK üzvü daha sonra qeyd edib ki, sözügedən məntəqədə səslər korlanıb.

Araşdırmanın yekunu olaraq 9 saylı məntəqədə seçkinin nəticələri ləğv edilməsi barədə qərar verilib.

Qeyd edək ki, həmin dairədən Fəzail İbrahimli deputat seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam