Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Hər kəs məsciddə ibadət edər, sizin siyasətlə nə işiniz var?

Bu gün Milli Məclisdə “Dini esktremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirə olunub.

 

Xeberinfo.com:   Məlumata görə, iclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hər hansı bir cinayətkar dəstə əlinə silah alıb Azərbaycan konstitusiyasına və dövlətinə qarşı qalxırsa, bu, ən ağır cinayətdir və onlar ciddi şəkildə cəzalandırılmalıdır. 

Vitse-spiker sual edib ki, nə vaxtdan məscid siyasi diskusiya yeri olub?

“Görmüşük ki, hər kəs məsciddə ibadət edər. Onlar isə məsələnin əsl mahiyyətini bir kənara qoyub, burada siyasətlə məşğul olur. Hər kəsə bəllidir ki, din siyasətdən ayrıdır. Odur ki, sizin siyasətlə nə işiniz var? Get, işinlə məşğul ol. Hərəsi bir rəngdə bayraq asır. Bu bayraq anlayışı harada yazılıb? Qurani-Kərimdə bayraqla bağlı nəsə yazılıb? Bu sadəcə mənası və məzmunu olmayan bir şeydir. Hətta bunu imamların adları ilə bağlayırlar. Ayıbdır axı”- deyə Z.Əsgərov qeyd edib.

Z.Əsgərov qeyd edib ki, hazırda XXI əsrdəyik, amma hələ də qulağımızın dibində orta əsrdə yaşayan insanlar var: “Uşaqları dinlə bağlı danışarkən videoya çəkirlər. Onların elmlə məşğul olan vaxtıdır. Biz isə onları qara qüvvələrin içərisinə itələyirik. Bu cəhalət əksər hallarda xaricdən bizə idxal olunur. Bunun icraçıları da xaricdə bir qəpik qiyməti olmayan insanlardır. Onlara lazımdır ki, burada vəziyyəti qarışdırsınlar. 

Qeyd edim ki, Azərbaycan dövlətində 90-cı illərin əvvəllərindəki vəziyyət müşahidə olunmur. Hər kəs ürəyi istədiyi rəngdə bayraqdan istifadə edə bilməz. Azərbaycanın bir dövlət bayrağı var ki, o da üçrənglidir və konstitusiyada təsbit olunub. Ona görə də məscidlərdə və dövlət qurumlarında o bayraqlar taxılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam