Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyənin Öcalan gedişi –Bu ölkələr hərəkətə keçəcək


Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışı Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticələrindən biri hesab oluna bilər. Bu çağırış terrorçuların tam şəkildə silahı yerə qoyması ilə nəticələnməsə də, siyasi-ideoloji müstəvidə ciddi nəticələri olacaq.

1. PKK ideologiyasını bölüşənlər arasında parçalanmalar yaradacaq;

2. Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektorat da parçalanma perspektivi ilə üzləşəcək: bu, Qəndilə bağlı siyasi qrupları neytrallaşdıra, yaxud təsir gücünü azalda bilər;

3. PKK liderlərinin mənzilləndiyi Qəndilin Türkiyə siyasətinə təsiri böyük ölçüdə azalacaq;

4. PKK-nın Suriya və İran qanadının Türkiyəyə təsirlərini azaldacaq: parçalanmış qruplaşmaya qarşı mübarizə daha effektli ola bilər;

5. PKK-nı Türkiyə daxilində və sərhədlərində praktiki olaraq sıradan çıxaran rəsmi Ankara Qəndilin siyasi təsirlərini də aradan qaldırmaqla siyasi-ideoloji təhlükəsizliyini gücləndirəcək;

6. PKK-dan, onun ideologiyasından Türkiyəyə qarşı siyasətdə istifadə edən qüvvələrin-ölkələrin rıçaqları zəifləyəcək.

Qəndilin Öcalanın çağırışını qəbul etməyəcəyi, silahlı aktlara davam edəcəyi bəllidir. İstisna deyil ki, Qəndil və PKK-da “sərmayəsi” olan qüvvələr “müqaviməti” davam etdirmək və Öcalan planını pozmaq üçün Türkiyədə yeni terror aktlarına cəhdlər edəcək.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam