Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Prezident ictimai-siyasi proseslərə münasibət bildirdi

Prezident ictimai-siyasi proseslərə münasibət bildirdi: “Ermənistan sülh istəmir və...”

 

 

 Prezident İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) Azərbaycandakı siyasi-iqtisadi proseslərlə bağlı qısa mesajlar paylaşılıb.
Xeberinfo.com:  Ölkə başçısı “2015-ci ildə Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır, onun neftdən asılılığı daha da azalmışdır”, - deyə yazıb.
Prezident İlham Əliyev həmçinin “2015-ci ildə parlament seçkiləri şəffaf, ədalətli keçirilmiş, Azərbaycan xalqının iradəsini əks etdirmişdir”, - deyə qeyd edib.
 
İ.Əliyev I Avropa Oyunlarının Azərbaycan dövlətinin və idmanının təntənəsi olduğunu da vurğulayıb.
 
Ölkə başçısına məxsus twitter hesabından paylaşılan qısa mesajları təqdim edirik:
“Azərbaycan müstəqil siyasət aparır, öz xalqının maraqlarını müdafiə edir və bundan sonrakı dövrdə də prinsipial mövqeyindən dönməyəcəyini bildirib”.
 
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
 
“Ermənistan sülh istəmir, danışıqlarda özünü qeyri-səmimi aparır və müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışır”.
 
“2015-ci ildə icrasına başlanılmış TANAP layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycanın zəngin qaz resursları dünya bazarlarına çatdırılacaq”.
 
“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam