Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əli Kərimli müxalifəti "satqın" adlandırdı

 

AXCP sədri Əli Kərimlinin Meydan TV-yə son müsahibəsi müxalif düşərgədə narazılıqla qarşılanıb.

Xeberinfo.com:   Məlum müsahibəsində Əli Kərimli AXCP və Milli Şuradan başqa müxalifətin olmadığını bəyan etməkdən belə çəkinməyib.

AXCP sədri digər müxalifət partiyalarını satqın adlandırıb. Jurnalistin “Siz Müsavat Partiyasını satın alınmış hesab edirsiniz” sualına cavabında Əli Kərimli əvvəl söylədiyi ittihamın Müsavata aid olduğunu inkar etməyib, əksinə “kimlərin ciddi müxalifətçilik edə bilməsi ortadadır” deməklə ittihamının Müsavata aid olduğulunu təsdiqləyib.

Əli Kərimlinin ittihamlarına Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı cavab verib. O, qeyd edib ki, Əli Kərimlinin dedikləri müsavatçılara qarşı həqarətdir: “Müsavat ölkədə daimi struktur fəaliyyəti göstərən, hər həftə ölkəyə və təşkilata aid olan məsələləri kollegial olaraq müzakirə edən, hər üç aydan gec olmayaraq ümumrespublika miqyasında kollegial olaraq müzakirə təşkil edib qərarlar qəbul edən yeganə siyasi təşkilatdır. Müsavat Milli Şuradan niyə çıxdı? Onlar bunun səbəbini hamıdan yaxşı bilir. Sadəcə bizim müsavatçı əxlaqımıza arxayın olduqlarından bu sualı şantaj kimi təkrar- təkrar səsləndirirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam