Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azərbaycana müdafiə sahəsində də dəstək verəcəyik”

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycana hər sahədə dəstək verməyə hazırdır: “Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir və biz Azərbaycana bu sahədə də dəstək verəcəyik”.

İki ölkə arasında mövcud iqtisadi münasibətlərdən danışan səfir reallaşması gözlənilən iqtisadi layihələrə də toxunub: “2016-cı il Türkiyə və Azərbaycan münasibətləri baxımından enerji və daşınma ili olacaq. Bu il Bakı-Tbilisi-Qars dəmiryol xəttini açacağıq. Yalnız Türkiyə ilə bağlı məsələlər qalır. Əslində işlər ötən il bitməli idi. Lakin bəzi hüquqi problemlər çıxdı. Amma işlər bu il bitəcək”.

Səfir Yüksək səviyyəli əməkdaşlıq Şurasının Bakı görüşü ilə bağlı hazırlıqların da davam etdiyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam