Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Partiya sədrlərinin 4-5 cangüdəni var”

 

“Partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidirlər. Ancaq bir sıra partiyalar bunu yerinə yetirmir. Bunun üçün də qanunda məcburedici məqam göstərilməyib”.

Xeberinfo.com:  Məlumata görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında “ Siyasi partiyalar haqqında” qanunla bağlı danışarkən deyib. Onun sözlərinə görə, partiyalar maliyyə ilə bağlı boş kağız göndərirlər:

“Amma hərəsinin ofisində bir neçə adam çalışır. Partiya sədrlərinin 4-5 cangüdəni var. Maliyyə yoxdursa, bunlar necə olur? Bundan əlavə, elə partiyalar var ki, onlar 20 ildir qeydiyyatdan keçiblər, amma fəaliyyət göstərmirlər. Onlar sanki alqı-satqı predmetinə çevriliblər”.

O həmçinin ünvanlı sosial yardım alanlara da müraciət edərək bildirib ki, bu məsələyə baxış dəyişməlidir: “ ÜSY təqaüd deyil, yardımdır ki, ayağa qalxa biləsən. Bir illik vəsait verilməlidir ki, təsərrüfatla, heyvandarlıqla məşğul olsun. Vəziyyətini düzəltsin. Yoxsa ki biz onları ələbaxımlılığa öyrədirik. Kimsə iş axtarmır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam