Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Zəngəzura görə İran hərəkətə keçdi -ABŞ hərbçiləri ilə bağlı İrəvandan açıqlama

İran Zəngəzur dəhlizində ABŞ-nin hərbi mövcudluğunun olub-olmayacağı ilə bağlı Ermənistana rəsmi suallar ünvanlayıb.

Yenixeberorg.az: İrəvan Tehrana belə bir hərbi mövcudluğun nəzərdə tutulmadığını bildirib.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, İran tərəfi Zəngəzur dəhlizi layihəsi ilə bağlı Ermənistan rəhbərliyinə bir sıra suallar ünvanlayıb və həmin sualların hamısı cavablandırılıb.

Mirzoyan bildirib ki, Tehranın əsas narahatlıqlarından biri Zəngəzur dəhlizində ABŞ hərbçilərinin yerləşdirilməsi ehtimalı olub. Ermənistan tərəfi isə belə bir hərbi mövcudluğun olmayacağı barədə İranı məlumatlandırıb.

Ermənistan XİN rəhbəri İran rəsmilərinin regionda üçüncü qüvvələrin mövcudluğunun vəziyyəti mürəkkəbləşdirməsi barədə dəfələrlə səsləndirdikləri fikirlərlə razılaşdığını da bildirib.

Bununla belə, Mirzoyan qeyd edib ki, ilk növbədə İranın «üçüncü qüvvələr» dedikdə konkret olaraq kimi nəzərdə tutduğunu müəyyənləşdirmək lazımdır.

Nazirin fikrincə, istənilən iki dövlət arasındakı münasibətlərə üçüncü qüvvələrin müdaxiləsi həmin münasibətləri daha da mürəkkəbləşdirə bilər.(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam