Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azadlıq” radiosunun jurnalisti oğurlandı

 

Krımda “Azadlıq” radiosunun Ukrayna bürosunun müxbiri oğurlanıb. 

"xeberinfo.com" “Azadlıq” radiosuna istinadən xəbər verir ki, martın 16-da yarmadada keçirilən “referendum”la bağlı reportaj hazırlamaq üçün Krıma gələn radionun müxbiri Lev Stek naməlum şəraitdə oğurlanıb. 

Jurnalist deyib ki, Krıma avtobusla gəlib. Baxçasaray rayonunda özünü təqdim etməyən mülki geyimli şəxslər onu avtobusdan aşağı endirərək, başına torba keçiriblər. Sonra isə onu avtomobilin yük yerinə atıblar. 

Radionun əməkdaşının sözlərinə görə, onu harasa aparıblar və bu müddət ərzində o, avtomobilin yük yerində olub: “Mənə məxsus telefon, kamera və telefon nömrələrini alıb tulladılar. Sonra isə məni yarımsəhra bir əraziyə atdılar. Onlar dedilər ki, bir də Krıma gəlmə”. 

L. Stek əlavə edib ki, o, çətinliklə yaşayış məntəqəsi taparaq, təmsil etdiyi quruma vəziyyəti haqda məlumat verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam