Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiya genişmiqyaslı hərbi təlimlərə başladı

 

 

Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir.

 "xeberinfo.com" Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Adanak poliqonunda keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir.

150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu təlimlərdə 2S9 «Nona» özüyeriyən “haubitsalar”, MT-12 «Rapira» tank əleyhinə toplar, həmçinin «Metis» və «Faqot» tank əleyhinə idarə olunan raket komplekslərindən istifadə olunur.

Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur.

Qeyd edək ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində təlimlərə başlayıb. Təlimdə «Tatarıstan», «Dağıstan» raket gəmiləri, «Ataman Platov» orta desant kateri və 4 ədəd «Serna» tipli sürətli desant kateri iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam