Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Bütün erməni hərbi qüvvələri Azərbaycan torpaqlarından çıxarılsın”

pedro aqramuntAvropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt Qarabağ cəbhəsində döyüşlərin başlamasından narahatlığını bildirib və erməni hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxmağa çağırıb.

Xeberinfo.com:  Aqramuntun bəyanatı AŞPA-nın saytında yayılıb.

“Dağlıq Qarabağda baş verənlər bizi narahat edir və insanların ölümünə üzülürük. Tərəfləri dərhal atəşkəsə əməl etmələrini və sülh danışıqları üçün müzakirələrə başlamağa çağırıram”, – deyə bəyanatda bildirilir.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Qarabağ probleminin sülh yolu ilə həlli üçün səy göstərəcəklərinə vəd verdiklərini deyən AŞPA sədri yaydığı yazılı açıqlamada Azərbaycanın birtərəfli atəşkəs qərarı verməsi ilə bağlı xəbəri məmnunluqla qarşıladığını bildirib.

“Bütün erməni hərbi qüvvələrinin BMT Təhlküəsizlik Şurasının qərarına uyğun olaraq, işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına çağırıram”, – deyə Aqramunt qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam