Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ üzrə xüsusi iclas keçirəcək

ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu üzvlərinin iştirakı ilə Vyanada xüsusi iclas keçirəcək.

Xeberinfo.com:  Bu barədə təşkilata istinadən RİA "Novosti" məlumat yayıb.

Görüş zamanı Minsk qrupunun həmsədrləri - səfir İqor Popov (Rusiyaə), səfir Ceyms Uorlik (SŞA) və Pyer Andriyonun (Fransa) Şuranı hazırkı vəziyyət və münaqişənin həlli yollarının axtarışı üzrə gələcək addımlar barədə məlumatlandıracağı gözlənilir.

Bundan əlavə, Ermənistan, Azərbaycan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyənin də daxil olduğu Minsk qrupu iştirakçılarının gün ərzində görüş və məsləhətləşmələri keçiriləcək. ATƏT-in Daimi Şurası təşkilat ölkələrində baş verən hadisələri müzakirə etmək və müvafiq qərarlar qəbul etmək üçün hər həftə Vyanada toplaşır.

İclaslar sədr başda olmaqla iştirakçı ölkələrin təşkilat yanında daimi nümayəndələrinin iştirakı ilə keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam