Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır”

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə telefonla danışığı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Xeberinfo.com:   Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə, E.Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar xanım F.Mogeriniyə məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxs həlak olub və yaralanıb.

Gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdıran nazir gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.

E.Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam