Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Ermənistan Rusiyanın cibindədir”

trend_rasim_musabayov_311007

Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın marağı olsa, münaqişənin həlli ilə bağlı dönüş yarana bilər.

Xeberinfo.com:   Məlumata görə, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində dönüş əldə etmək qeyri-mümkündür: “Onlar orta səviyyəlidir. Onların işi hansısa təklifləri tərəflərə çatdırmaq, hansısa razılaşma üçün fikirləri öyrənməkdir. O ki, qaldı münaqişənin həlli üçün dönüşün yaranması məsələsinə, Ermənistan Rusiyanın cibindədir. Rusiyanın bunda marağı olsa, münaqişənin həlli ilə bağlı dönüş yarana bilər”.
Qeyd edək ki, danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etmək məqsədi ilə ATƏT-in həmsədrləri dünən Bakıda səfərdə olublar. Həmsədrlər bu gün Xankəndi və İrəvanda görüşlər keçirməyi planlaşdırırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam