Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Belə biabırçılıqlar olmamalıdır"

“Bəzi saytlar silahların növləri və onların hansı məsafədə vurması, necə idarə olunması ilə bağlı məlumatlar yazır. Bu, düzgün deyil. Eyni zamanda parlamentdə də bu məsələlərdən danışan zaman diqqətli olmaq lazımdır”.

Xeberinfo.com:  Məlumata görə, bunu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin spikeri Oqtay Əsədov deyib. 


Spiker bildirib ki, parlamentlərarası dostluq qrupunun rəhbərləri cəbhədəki hadisələrlə bağlı beynəlxalq təşkilatlarda olan deputat həmkarlarına məktub yazmalıdır:

“Onlara həqiqətləri çatdırmalıyıq. Düzdür, belə məktublar yazılıb, amma azdır. Bu məsələdə daha aktiv olmalıyıq. Ona görə də bilməyənləri başa salmaq lazımdır. İndiki dövrdə buradan danışmaqdan daha çox parlamentlrəarası dostluq qrupunun üzvləri xaricdə olan həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır.

Çoxlarının Qarabağ problemindən xəbəri yoxdur. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə çatdırır. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq”.

Azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam