Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İqbal Ağazadənin namizədliyi qeydə alındı

 

 


90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər üçün daha bir iddiaçının nаmizədliyi qeydə alınıb. Bu Ümid partiyasının sədri İqbal Ağzadədir.
Xeberinfo.com:   Bu barədə Musavat.com-a məlumatı Ümid partiyası sədrinin müavini Ənvər Ağazadə verib.
 
Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən növbəti iclasında İqbal Ağzadənin namizdəliyinin qeydə alınması təsdiqlənib.
 
Xatırladaq ki, sözü gedən seçki dairəsindən deputat seçilmək üçün 14 nəfər namizdəliyini irəli sürmüşdü və bu günə qədər onlardan yalnız 3-ü namizəd kimi qeydə alınmışdı.
 
Onu da qeyd edək ki, MSK dünənki iclasında 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam