Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bələdiyyə sədri YAP-dan çıxarıldı - Neftçalada

Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov YAP-dan çıxarılıb.

Xeberinfo.com:   Bu barədə virtualaz.org saytının Şirvan bürosuna Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov məlumat verib.

O bildirib ki, Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun son vaxtlar partiya üzvlüyü ilə bir araya sığmayan hərəkətləri barədə rayon təşkilatının İdarə heyətinə daxil olmuş müraciət müzakirə edilib və yekdilliklə belə bir qərar qəbul olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasında küçədə quraşdırılmış zəncir səddin sökülməsinə görə baş vermiş əlbəyaxanın polisdə araşdırılması barədə məlumat vermişdik. Hazırda adları çəkilən hər iki şəxs xəstəxanada müalicə aldığından baş verənlərə münasibətlərini öyrənə bilmədik.

Qeyd edək ki, Neftçala Bələdiyyəsi üzvlərinin ümumi yığıncağında sədr Aydın Aslanovun səlahiyyəti bələdiyyə üzvü Elvin Nağıyevə həvalə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam